AZ

"Mən Ordubadı necə görmək istəyirəm" adlı inşa-yazı müsabiqəsi keçiriləcək

Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Mən Ordubadı necə görmək istəyirəm" adlı inşa-yazı müsabiqəsi keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, 19 aprel 2025-ci il tarixində saat 09:00-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə təşkil olunacaq müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX, X və XI siniflərinin şagirdləri iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə I, II və III yerin qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.  

 

 

Seçilən
144
tehsil.biz

1Mənbələr