Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt öz ərazilərinin, o cümlədən hava məkanının ABŞ hərbi təyyarələrinin İrana hücum etmək üçün istifadəsinə icazə verməyəcək.
Herbiand.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.
İran körfəzi ölkələri bu mövqeyi ABŞ prezidenti Donald Trampın İranı bombalamaqla hədələməsindən sonra bəyan edib.
“Middle East Eye” portalı yazır ki, Fars körfəzi ölkələrinin bu mövqeyi Tramp administrasiyasının Yəməndə husilərə qarşı kütləvi hücumlardan nümunə kimi istifadə edərək, İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına oturtmağa yönəlmiş planlarına zərbə kimi qiymətləndirilir.