İran sülhün qorunması, atəşkəs rejiminə riayət edilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan və Azərbaycanın təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır.
Herbiand.az bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərlə söhbətində deyib.
Səfirin fikrincə, bu mənada “3+3” yaxşı formatdır və onun köməyi ilə İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür: “İran sərhəddə sülh və əmin-amanlığın tərəfdarıdır və hesab edir ki, gərginliyin artmasına səbəb ola biləcək istənilən addımdan çəkinmək lazımdır”.
Sobhani ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan təmkin nümayiş etdirəcək və sülh sazişinin imzalanmasına davam edə biləcəklər: “Ümid edirik ki, bütün tərəflər sülh və əmin-amanlığa yönəlmiş prinsiplərə sadiq qalacaqlar. Biz həm Ermənistan, həm də Azərbaycanla əlaqə saxlayırıq. Təmaslarımız zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində irəliləməyə çağırırıq”.
Bəxtiyar CƏFƏRLİ