AZ

Bəxtiyarın qəbri tapılanda keçirdiyimiz hissləri təsəvvür belə etmək olmaz - Şəhidin bacısı

Ağdam. Trend:

Bəxtiyarın qəbri tapılanda keçirdiyimiz hissləri təsəvvür beləetmək olmaz.

Bunu Trend-əşəhid Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib.

O bildirib ki, qardaşı çox mərd olub.

"Hətta onun 16 yaşında şəhid olmağı bunun bir göstəricisidir,mərdliyinin sübutdur. Atam çox tez, cavan yaşlarında rəhmətə gedib.Bəxtiyar evin böyük uşağı idi. Anam həmişə deyərdi ki, atan rəhmətəgedən kimi Bəxtiyar bütün yükü öz çiyinlərinə götürdü. 9-cusinifdən maşın ustası yanına öyrənməyə getdi ki, maddi baxımdananama dayaq olsun. O həmçinin mənəvi baxımdan anama kömək oldu.Keçən ilin 10-cu ayı mənə video atdılar. Dedilər ki, biz qəbritapmışıq. Siz təsəvvür edə bilməzsiniz ki, biz o an hansı hisslərikeçirdik. Həmin vaxt icazə götürüb gəldik. Gördüyünüz kimi, qəbirdaşları dağıdılmış vəziyyətdə tapıldı. Ermənilərə yalnız vəhşideyil, daha da artığını demək olar", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Qarabağ münaqişəsinin ilk iki şəhidindənbiri – Bəxtiyar Quliyevin doğum günü münasibətilə anım tədbirikeçirilib. O, 1993-cü ildən sonra ilk dəfə doğma yurdunda anılıb.Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunanmərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri,müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib. Tədbiriştirakçıları onun doğulduğu kənd qəbiristanlığındakı anım məzarınıziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Məqalədə:
Seçilən
61
az.trend.az

1Mənbələr