AZ

FAB Şirkətlər Qrupu Rusiya bazarına genişmiqyaslı ixraca hazırlaşır - Fotolar

FAB Şirkətlər Qrupu Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “MosBuild 2025” beynəlxalq tikinti və inşaat materialları sərgisi çərçivəsində mühüm əməkdaşlığa imza atıb.

Şirkət nümayəndələri ilə Rusiya bazarında fəaliyyət göstərən aparıcı distribütorlar arasında inşaat məhsullarının ixracına dair memorandum imzalanıb.

Bu anlaşma çərçivəsində FAB Şirkətlər Qrupu Rusiya bazarında inşaat materiallarının satışını genişləndirməyi və yeni tərəfdaşlarla əlaqələri gücləndirməyi hədəfləyir.

Əməkdaşlığın əsas istiqamətləri inşaat məhsullarının ixrac potensialının artırılması, Rusiya bazarında satış şəbəkəsinin genişləndirilməsindən ibarətdir.

“MosBuild 2025” sərgisində 17 sektor üzrə 1300-dən çox brend iştirak edir.

Şirkətimiz bu nüfuzlu tədbirdə “FAB Boya”, “Hill Fan” plastik məhsulları və “Neotek” elektrik kabelləri brendləri ilə təmsil olunur.

Sərgi 1-4 aprel tarixləri arasında davam edəcək.








Seçilən
23
3
qafqazinfo.az

4Mənbələr