AZ

Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib

“Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb.

Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib.

Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
15
operativmedia.az

10Mənbələr