Ağdam. Trend:
Sevinirəm ki, qardaşımın məzarı tapılıb.
Bunu Trend-ə şəhid Bəxtiyar Quliyevin bacısı İlhaməQuliyeva deyib.
"Həm sevinirəm, həm də kədərlənirəm. Ona sevinirəm ki,qardaşımın məzarı tapılıb. Gəlib ziyarət edirik. Kədərlənirəm ki,anam bu günləri görmədi, bu hissləri yaşamadı. Anam Bəxtiyardeyə-deyə rəhmətə getdi. Torpağını gətirib tökmüşəm məzarınınüstünə, burdan da aparıb anamın məzarının üstünə tökmüşəm. Özləriqovuşmadı torpaqları qovuşsunlar. Fəxr edirəm ki, mən şəhidbacısıyam. 16 yaşı olmağına baxmayaraq şəhidlik zirvəsinə ucaldı.Qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimizə can salığı versin",- deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Qarabağ münaqişəsinin ilk iki şəhidindənbiri – Bəxtiyar Quliyevin doğum günü münasibətilə anım tədbirikeçirilib. O, 1993-cü ildən sonra ilk dəfə doğma yurdunda anılıb.Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunanmərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri,müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib. Tədbiriştirakçıları onun doğulduğu kənd qəbiristanlığındakı anım məzarınıziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.