AZ

Son bir ayda özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin olunan şəxslərin sayı məlum olub

Bakı. Trend:

Özünüməşğulluq proqramı üzrə son bir ayda 566 şəxs aktivlərlətəmin olunub.

Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət MəşğulluqAgentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuşşəxslərin biznes planlarına uyğun mal və materiallar formasındaaktivlərlə təminatı davam edir.

"Son bir ay ərzində daha 566 nəfər özünüməşğulluq proqramıçərçivəsində aktivlərlə təmin olunub.

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçikbiznes sahələrini yaradıblar.

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrəbilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkiledilir, sonra aktivlərlə təmin olunurlar",- deyə məlumatda qeydedilib.

Seçilən
44
4
az.trend.az

5Mənbələr