Jül Kundenin “Barselona”nın aparıcı oyunçularından sayıldığı hamıya bəllidi.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik indidən onu layiqincə əvəz edə biləcək oyunçu axtarışına başlayıb. “Sport” qəzetinin məlumatına görə, İspaniya klubunun skautları sağ cinah müdafiəçisi mövqeyinə dörd namizədi nəzərdən keçirir.
Onlar 24 yaşlı Jeremi Frimponq (Bayer-04), 23 yaşlı Vanderson (Monako), 21 yaşlı Mark Pubilya (Almeriya) və 18 yaşlı Civayro Ridadı (Feyenoord). Xəbərdə “Barselona” üçün ən əlverişli variantın Frimponq olduğu qeyd edilir. Amma bu da var ki, Almaniya klubu niderlandlı üçün “Barselona”nın ödəyə biləcəyindən daha yüksək təzminat məbləği tələb edəcək.
Buna baxmayaraq, İspaniya nəhəngi 24 yaşlı cinah müdafiəçisini bir sıra futbolçularını satmaqla transfer edə bilər.