1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliyanın "Fiorentina" klubunun qapıçısı David de Xea sabiq komandası "Mançester Yunayted"ə qayıda bilər.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay "transfer pəncərəsi"ndə onu almaq niyyətindədir.
Uzun müddət (2011-2023) Mançester təmsilçisində çıxış etmiş qolkiper 2024-cü ildə Florensiya klubuna transfer olunub.
Qeyd edək ki, David de Xeanın "bənövşəyilər"lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. İtaliya A Seriyasının 2024/2025 mövsümündə 27 matça çıxan 34 yaşlı qapıçı 27 qol buraxıb.