AZ

Cüdoçularımız Avropa çempionatına İtaliya və Qazaxıstan millisi ilə birgə hazırlaşır

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.

İdman.biz xəbər verir ki, Bakıda keçirilən təlim-məşq toplanışa turnirə yollanacaq cüdoçular və millinin digər üzvləri qoşulub.

Toplanışda İtaliya millisi və Qazaxıstan cüdoçuları iştirak edirlər.

Yığma toplanışın növbəti mərhələsini aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində davam etdirəcək.

Qeyd edək ki, Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatında Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək.

Aytac Sahəd
İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr