AZ

Avropa təbii qaz anbarlarını doldurmaqda çətinlik çəkəcək - “Qazprom”

Rusiyanın enerji şirkəti “Qazprom” Avropanın etibarlı təbii qaz təchizatçılarının tükəndiyi və gələn ilin yayında yeraltı anbarları doldurmaqda çətinlik çəkəcəyi barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, “Qazprom”un bəyanatında Avropa ölkələrinin yeraltı anbarlarında 31 mart tarixi etibarilə 34,3 milyard kubmetr təbii qazın qaldığı bildirilib.

Qeyd edilib ki, Avropada anbarlardan çıxarılan qazın miqdarı rekord həddə çatıb. Bu rekordun mövsümi istilərə baxmayaraq əldə edildiyi vurğulanıb.

"Etibarlı qaz tədarükünün azaldığını nəzərə alsaq, Avropa bu yay yeraltı anbarını doldurmaqda və qarşıdan gələn qışa hazırlaşmaqda çətinlik çəkəcək”, - deyə açıqlamada vurğulanıb.

Bildirək ki, Ukrayna müharibəsindən əvvəl Avropanın ən böyük təbii qaz tədarükçüsü olan “Qazprom” təxminən 50 il davam edən boru kəməri investisiyaları ilə qitədəki bazar payını 2022-ci ilə qədər 40 faizə çatdırmışdı.

Seçilən
11
publika.az

1Mənbələr