Bakı. Trend:
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün11 may 2025-ci il tarixində keçiriləcək ixtisas imtahanınaqeydiyyat elan edilir.
Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” AzərbaycanRespublikasının Qanununa və Azərbaycan Respublikası NazirlərKabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasənölkəmizdə aşağıda göstərilən istiqamətlər üzrə qiymətləndirməfəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisasimtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisasşəhadətnaməsinin formasının verilməsi Dövlət İmtahan Mərkəzitərəfindən həyata keçirilir.
Qeyd edək ki, Qiymətləndirmə fəaliyyətinin istiqamətləribunlardır:
1. daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyatvasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;
2. daşınmaz əmlakın, o cümlədən torpaq sahələrininqiymətləndirilməsi;
3. daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədənisərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrininqiymətləndirilməsi;
4. müəssisələrin qiymətləndirilməsi;
5. qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququobyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) vəümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelətələblərin və hüquqların) qiymətləndirilməsi;
6. kreditor borcların və digər öhdəliklərin, debitor borcların,material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;
7. təbii sərvətlərin qiymətləndirilməsi;
8. dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərinqiymətləndirilməsi;
9. xidmətlərin qiymətləndirilməsi.
Xatırladaq ki, Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaqistəyən şəxs ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi işstajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli vəQiymətləndiricilər Palatasının üzvü olmalıdır.
"Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən vəictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiyacinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçininiqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və yagötürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqedilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərqiymətləndirici ola bilməzlər.
Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik,məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edəbilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisasimtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır",-deyə məlumatda qeyd edilib.
İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzininternet saytında (https://ekabinet.dim.gov.az/)“Şəxsi kabinet” yaratmalı və 3 aprel – 4 may 2025-ci iltarixlərində “Qiymətləndirməfəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisasimtahanlarında iştirakı üçün qeydiyyat” xidməti vasitəsiləqeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesabalazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlaryuxarıdakı keçidə yerləşdirilib.
Namizəd elektron müraciətində əldə etmək istədiyi ixtisasşəhadətnaməsinə uyğun olaraq qiymətləndirmə fəaliyyətiistiqamətlərindən birini seçir.
Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları“Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsiləyoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının“Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını“Elektron hökumət” portalından Mərkəzin “Vətəndaş haqqında “Tələbə-məzun" dövlət elektron məlumatsistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənəbilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatıaparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun”dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyitəhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almışnamizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlətİmtahan Mərkəzinə (Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciətetməlidirlər.
Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərinödədiyi məbləğ geri qaytarılımır.
İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 11 may2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlarkorpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50)kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılışvərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4gün qalmış DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri vənəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığıtəqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi(maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizədimtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahanın davametmə müddəti 1 (bir) saatdır.
İmtahanda iştirak etmiş namizədlər imtahan bitdikdə öznəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, namizədlərin əldəetdikləri nəticə Mərkəz tərəfindən onların Şəxsi kabinetinəyüklənəcəkdir. İmtahanın nəticəsindən narazı qalan namizədnəticənin elan olunduğu vaxtdan 3 (üç) iş günü müddətində Mərkəztərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət edə bilər.Müraciətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbuledilir. Namizəd bu qərardan inzibati qaydada və ya məhkəməyəşikayət verə bilər.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştiraketdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiqşəhadətnamə təqdim edilir.
İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirməfəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrariştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfəkeçirilir.
Namizədlərə imtahana səmərəli hazırlaşmaları üçün test imtahanıproqramları ilə tanış olmaq tövsiyə olunur: