Şirkət rəhbəri Nazim Həsənovun vəkili Kamran Quliyev Demokrat.az-a şikayətlə bağlı açıqlama verib.
Vəkil bildirib ki, sakinlər mənzillərlə bağlı “çıxarış” ala bilmir:
“Azadlıq City” yaşayış kompleksində iki bina istismara verilib. “Blok B” sakinlərinə “çıxarış” verilsə də, “Blok A” sakinləri sənədi əldə edə bilmir. Bakı Şəhərsalma Baş İdarəsi mənzillərlə bağlı istismar aktı verməlidir. İstismar aktı mənzillər vətəndaşlara təhvil verildikdən sonra alınır. Mənzil-Tikinti Koorperativləri Şəhərsalma İdarəsindən istismar aktı almalıdır ki, vətəndaşlara “çıxarış” üçün sənəd verilsin. Bakı Şəhərsalma Baş İdarəsi və Mənzil-Tikinti Koorperativləri problemi bir-birinin üzərinə atır. “Azadlıq City” yaşayış kompleksinin tikintisini həyata keçirən "İnam-İnshaat 555” MMC sənədləri lazım olan qurumlara təqdim edib”.
Əfsanə Kamal
Demokrat.az