Son günlər ölkəmizdə boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb.
Məzh mövsümlə bağlı ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirilir.Belə ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Qeyd edək ki, Azərbaycanda qrip peyvəndləri hər il müəyyən dövrlərdə həyata keçirilir. Bu, adətən, oktyabr ayından etibarən poliklinikalarda tətbiq edilir. Lakin bəzi vətəndaşlar bu peyvəndin davamlı olaraq mövcud olub-olmaması barədə məlumatları yoxdur. Bəs hazırda tibb müəssisələrində qrip peyvəndi varmı? Yəni vətəndaşlar qrip peyvəndi vurdurmaq istəsələr, harada və hansı şərtlərlə vurdura bilərlər? Peyvənd dövlət tərəfindən təmin olunur, yoxsa ödənişlidir?
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə, qrip əleyhinə peyvəndləmə dövlət tibb müəssisələrində tətbiq edilir və tam ödənişsizdir: