AZ

Banklar müştərilərə verdikləri kreditlərdən - 2 AYDA 600 MİLYON MANATA YAXIN GƏLİR

2025-cü ilin martın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 593,4 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici  fevralın 1-nə olan dövr ilə müqayisədə 299 milyon manat və ya 2 dəfə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 111,2 milyon manat və ya 23,1% çoxdur.

2024-cü ilin  martın 1-nə Azərbaycan banklarının kreditlərdən faiz gəlirləri 482,2 milyon manat olub.

Bu ilin 1 fevral vəziyyətinə bu göstərici 294,4 milyon manat təşkil edib.

Seçilən
45
fed.az

1Mənbələr