AZ

“WhatsApp” artıq bu telefonlarda işləməyəcək

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”, 2025-ci ilin may ayından etibarən iOS 15.1 və yuxarı versiyalarından aşağı olan “iPhone” modelləri, eləcə də bəzi “Samsung” cihazları üçün dəstəyi dayandıracaq.

“Cebheinfo.az” xəbər verir ki, bu tarixdən sonra “WhatsApp” qeyd olunan telefonlarda işləməyəcək.Dünyanın ən çox istifadə edilən mesajlaşma platformalarından biri olan “WhatsApp” köhnə model telefonlar üçün dəstəyi dayandırmaq qərarına gəlib.

“Meta”-nın açıqlamasına görə, bu dəyişikliyin səbəbləri arasında performans problemləri, təhlükəsizlik riskləri və istifadəçi təcrübəsinə mənfi təsir göstərən amillər daxildir.2025-ci il mayın 1-dən “WhatsApp” yalnız iOS 15.1 və yuxarı versiyaları dəstəkləyəcək. Bu o deməkdir ki, köhnə iOS versiyaları olan cihazlar proqrama daxil ola bilməyəcək.

İstifadəçilər bu tarixdən sonra “WhatsApp”-dan istifadə edə bilməyəcəklər. Yeniləmə xüsusilə köhnə “iPhone” modelləri olan milyonlarla istifadəçiyə təsir edəcək. Yeniləmələri qəbul edə bilməyən və ya köhnə iOS versiyalarında olan cihazlar bu qərardan ən çox zərər görəcək cihazlar arasındadır.

Belə ki, "Apple" şirkətinin "iPhone 5", “iPhone 5C”, “iPhone 6”, eləcə də “Samsung” şirkətinin “Galaxy Ace Plus”, “Galaxy Note 3” və “Galaxy S4 Mini” modellərində “WhatsApp” işləməyəcək.

Seçilən
113
3
cebheinfo.az

1Mənbələr