AZ

“Azərtütün” 840 hektar sahədə tütün əkəcək

Builki mövsümdə “Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 842,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda rayonlarda tütün əkininə son hazırlıq işləri görülür.

Səhmdar cəmiyyətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tütün istehsalı ilə əlaqədar indiyədək ASC tərəfindən bu rayonlarda 49 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 416,1 hektar təşkil edir.

Bundan əlavə, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 426,6 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. İstixana şəraitində yetişdirilmiş tütün ştillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.

Xatırladaq ki, “Azərtütün” ASC ötənilki mövsümdə şimal-qərb bölgəsi rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb. Mövsüm ərzində ASC-nin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 8,2 min tona yaxın yaş tütün daxil olub. Emal məntəqələrində yaş tütündən 1230,3 ton quru tütün istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 130,3 ton çoxdur.

Seçilən
47
ekologiya.az

1Mənbələr