Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu 6 apreldə keçiriləcək qurultayda namizəd olub-olmayacağı iddialarına son nöqtəni qoyub.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi yenidən CHP sədrliyinə namizəd olmayacağını rəsmən bəyan edib.
O, bu barədə “Habertürk”-ə açıqlama verib:
“Qurultayda namizəd olmayacağam. Bir müddətdir bayrama görə tətildəyəm. Əgər qurultayla bağlı dəvət gəlsəydi, gedərdim. Ancaq ofisdə olmadığım üçün dəvətin gəlib-gəlmədiyi barədə məlumatım yoxdur. Bir-iki günə qayıdacağam. Əgər dəvət gəlibsə, qurultaya gedəcəyəm”.