İspaniyanın "Real" klubu Çempionlar Liqasının qalibi kimi UEFA-dan ən çox pul mükafatı alan klub olub.
QOL.az xəbər verir ki, bu barədə AP nəşri məlumat yayıb.
Madrid təmsilçisinə ötən mövsüm ÇL-in qalibi olduğu üçün 138,8 milyon avro ödənilib. "Real" bu məbləğdən 14 milyon avronu televiziya hüquqlarının satışından əldə edib.
Yarımfinalçılar PSJ, "Borussiya" (Dortmund), "Bavariya", həmçinin 1/4 finala qədər irəliləyən "Mançester Sİti" isə 100 milyondan avrodan çox qazanıb.
Yarımfinalda uduzan PSJ 122,4 milyon avro əldə edib ki, bu da ÇL üçün UEFA-nın verdiyi 2-ci ən böyük pul mükafatıdır. "Borussiya" (Dortmund) (120,7 milyon avro) bu göstəricidə "Bavariya"nı (120,4 milyon avro) qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.
"Atalanta" isə Avropa Liqasını qazandığı üçün təqribən 34 milyon avro qazanıb.