AZ

Özbəkistanda Avropa İnvestisiya Bankının regional ofisi açılacaq

Astana, 3 aprel, AZƏRTAC

Səmərqənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin iştirakı ilə Avropa İnvestisiya Bankının regional ofisinin təsis edilməsi haqqında saziş imzalanıb.

AZƏRTAC Özbəkistan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, Daşkənd şəhərində ofisin açılması qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə, Özbəkistanda və bütövlükdə Mərkəzi Asiyada “yaşıl” iqtisadiyyatın, innovativ sənayenin və müasir infrastrukturun inkişafına cəlb edilən investisiyaların həcmini artırmağa imkan verəcək.

Qeyd edək ki, 1958-ci ildə yaradılmış Avropa İnvestisiya Bankı Aİ-nin aparıcı maliyyə institutudur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
62
azertag.az

1Mənbələr