Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun 2 oyunu keçirilib.
Arena.az xəbər verir ki, “Olimpik Star”da əvvəlcə liderin ən yaxın izləyiciləri qarşılaşıblar.
Bu görüşə qədər hər iki komanda eyni sayda xal qazanmışdı və “Baku Fire” ilə 1 xallıq fərqləri vardı. Arxada qalan dövrələrdə hərəyə bir qələbə qazanan tərəflərin duelinə “Araz-Naxçıvan” itki ilə çıxmışdı. Buna baxmayaraq, qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi”ni 3 xal qabaqlamağı bacarıb.
Turun digər oyununda lider autsayderlə üz-üzə gəlib. Məşq xarakterli oyuna “Baku Fire” əsas hücumçusuz çıxmışdı. Belə ki, Yaqo Enrike zədəli olduğuna görə komandasına kömək edə bilmirdi. Buna baxmayaraq, böyükhesablı qələbə sayəsində “Baku Fire” zirvədəki yerini qorumağı bacarıb.
Yüksək Liqa
14-cü tur
3 aprel
Araz Naxçıvan – Neftçi İK 5:4
Qollar: Covanni, 2:12; 14:04. Karlos Henrike, 7:43. Amirhosseyn Rasuli, 24:24. Xəzər Ağalızadə, 25:43 – Mortaza Haydari, 27:06. Abdul Qafar Sadeqi, 27:42. Vahib Xocayev, 30:22. Fərid Atakişiyev, 30:52.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Baku Fire – Yasamal Bakı 11:3
Qollar: Henrike Soares, 0:45; 15:31; 24:59; 32:02. Kənan Manafov, 5:27; 19:32. Elvin Quliyev, 10:13. Nihad İsmayılov, 17:16. Fərid Abbasov, 19:50. Paulo Henrike, 27:56; 29:58 – Murad Ələkbərli, 23:04. Elmir Xəlilov, 37:35. Qüdrət Qasımzadə, 39:45.
Hakimlər: Mahir Məmmədov, Elgün Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Xallar: Baku Fire – 35. Araz-Naxçıvan – 34. Neftçi İK – 31. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.