Ermənistan hakimiyyəti hərbi xidmətdən yayınmaya görə cəzaları sərtləşdirmək istəyir.
KONKRET.az xəbər verir ki, Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihəsi aprelin 3-də respublika hökumətinin iclasında təsdiq edilib.
O cümlədən, çağırışdan yayınmaya görə azadlıqdan məhrum etmə müddətinin 2-5 ildən 3-6 ilə, hərbi xidmətdən yayınmaya görə isə 1 ildən 3 ilədək artırılması təklif edilir. Qeyd edək ki, hazırkı cəza 2 ilə qədərdir.
“Layihədən yayınma hallarının sayı artıb. Belə ki, 2023-cü ildə bu maddə üzrə 1499, 2025-ci ildə isə 1779 cinayət işi başlanıb”, – Ermənistan Ədliyyə Nazirliyindən bildirilib.
Aynurə İsmayıl