AZ

İran üçün Ermənistan Aİİ-yə giriş platformasıdır

İran Ermənistanı 200 milyonluq Avrasiya İqtisadi İttifaqı bazarına və Qara dəniz hövzəsinə daxil olmaq üçün ciddi platforma kimi görür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

"Biz Ermənistanı 3 milyonluq bazar kimi yox, Avrasiya İqtisadi İttifaqının (Aİİ) çoxmilyonlu bazarına daxil olmaq üçün platforma kimi görürük", - səfir bildirib.

İranlı diplomat bəyan edib ki, Ermənistan Şimalla Cənubun qovşağında yerləşir və İrəvan İranın Çabahar limanı vasitəsilə Fars körfəzi ölkələri, Hindistan, Orta Asiya, Türkmənistan və İraqa çıxışı təmin edə bilər.

Seçilən
78
operativmm.az

1Mənbələr