AZ

Paşinyanı yalnız bu yolla devirə bilərik – Abramyan 

“Biz 2026-cı il parlament seçkilərinə qədər küçə mübarizəsi ilə hakimiyyət dəyişikliyinə nail olmağın mümkünlüyünü görürük. Ona görə də partiyamız seçkilərdə iştirak edib-etməmək məsələsini müzakirəyə çıxarmayıb”.

KONKRET.az xəbər verir ki, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

“Ermənistan Respublika Partiyasının məqsədi hakimiyyət dəyişikliyi olub və bu, indi də belədir. Buna küçə mübarizəsi yolu ilə nail olmaq vacibdir. Çünki Paşinyan hakimiyyətdə qalmaq üçün ciddi inzibati və maliyyə resurslarından istifadə edir”, – Abramyan vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
28
konkret.az

1Mənbələr