Təməli 19 il əvvəl qoyulmuş binanın tikintisi hələ də yekunlaşmayıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında yerləşən "Qlobal-SF" MMC-yə məxsus 5 kooperativ binadan gedir.
Buradan ev almaq üçün pul ödəyən 150-dən çox şəxs illər keçməsinə baxmayaraq, hələ də mənzillərini təhvil ala bilmirlər.
Kompleksdən ev alan sakinlər deyirlər ki, hətta evlərin bir çoxu 2-ci, 3-cü şəxslərə satılıb və hələ də satılmaqdadır.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, lakin nəticə yoxdur.
Məsələ ilə bağlı dəqiq məlumat öyrənmək üçün "Qlobal SF" MMC-nin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamağa çalışdıq. Zəng vurduğumuz 5 şəxsdən 3-ü telefonlara cavab vermədi, 2-si isə onları bu məsələ ilə bağlı narahat etməməyimizi bildirərək telefonu söndürdü.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.