AZ

Səfir: Yunanıstan ehtiyac olarsa, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır

Yunanıstan ehtiyac yaranacağı təqdirdə TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias Yunanıstanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda danışıb.

Diplomat vurğulayıb ki, TAP Yunanıstanın üçüncü ən böyük təbii qaz idxalçısıdır və ölkənin ümumi qaz idxalının təxminən 25 faizini təşkil edir:

“Yunanıstan ehtiyac yaranacağı təqdirdə, TAP-ın genişləndirilməsinə dəstək verməyə hazırdır ki, bu da artan enerji tələbatını qarşılamağa imkan verəcək. Bundan əlavə, Yunanıstan enerji infrastrukturunun gələcəyinə diqqət yetirir və bugünkü qaz kəmərlərinin gələcəkdə hidrogen nəqli üçün uyğunlaşdırıla biləcəyini nəzərə alır”.

Daha sonra o əlavə edib ki, IGB boru kəməri də strateji əhəmiyyətə malikdir və bizi bolqar dostlarımızla birləşdirir. Bu boru kəməri Rumıniya, Moldova və uzun müddətdir çətinliklərlə üzləşən Ukraynanın enerji təhlükəsizliyini təmin etmək potensialına malikdir.

Seçilən
52
report.az

1Mənbələr