Bugün Xətai rayonundan Aprel döyüşlərində şəhid olan qəhrəmanlar Tural Qurbanov, Təbriz Musazadə və Rəşad Niftalıyevin anım günləri ilə əlaqədar ailələrini ziyarət etdik.
Aprel döyüşlərdə iştirak edən Azərbaycanın bir çox igid əsgər və zabiti mərdlik və şücaət nümayiş etdirərək düşmənə qan uddurmuş, düşmənin artilleriya və canlı qüvvəsini məhv etmiş, torpaq-vətən uğrunda qanlarını və canlarını fəda edərək şəhid olmuşlar. Hər biri öz vətənini qorumaq uğrunda mübarizə aparan bu şəhidlər Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynamışlar.
Bütün ölkə ərazisində olduğu kimi, Bakının Xətai rayonunda da aprel döyüşləri şəhidlərinin əziz xatirəsi hər zaman uca tutulur, onların ailələri daim diqqətdə saxlanılır. Onları hər zaman anmaq və xatırlamaq bizim ümdə vəzifəmiz və vicdan borcumuzdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!