Xətai rayonu, Abbas Səhhət küçəsinin sakinləri kanalizasiya xətlərinin əlindən təngə gəliblər. Onlar bildirir ki, yaz-qış küçəni tullantı suları basır. “Biz artıq üstümüzdən gələn qoxulardan utanırıq” deyirlər”.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirilər ki, hansı quruma üz tutsalar da, problem öz həllini tapmır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirdilər ki, əraziyə qurum tərəfindən baxış keçirilib. Məlum olub ki, sözügedən ünvanda tullantı su xətlərinin istismar müddəti başa çatıb, yeniləməyə isə tikililər imkan vermir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.