Futzal üzrə Azərbaycan Yüksək Liqasının 14-cü turu çərçivəsində iki oyun baş tutub.
Fanat.Az xəbər verir ki, “Araz-Naxçıvan” “Neftçi” İK klubunu (5:4), “Baku Fire” isə “Yasamal Bakı”nı (11:3) məğlub edib.
Hər iki görüş “Olimpik Star”da baş tutub. Bu nəticədən sonra “Baku Fire” 35 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 34 xalı olan “Araz-Naxçıvan” 2-ci yerdədir.
14-cü turun “Şuşa” – U-19 qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb.