“Yuventus” aparıcı müdafiəçilərindən birinin xidmətindən məhrum olub.
"Football-plus.az" xəbər verir ki, A seriyasının “Cenoa” ilə oyununda Federiko Qatti zədə alıb. Təcrübəli futbolçu artıq müayinədən keçib. Onun azı bir ay futbol oynaya bilməyəcəyi məlum olub.
26 yaşlı Federiko bu mövsüm komandada bütün turnirlərdə 40 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.