AZ

"Başlıbel qətliamı" kitabının müəllifinin oxucusuna müraciəti

Xəbər verdiyimizi kimi ötən gün Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun uzunmüddətli araşdırmalar və tarixi faktlar əsasında yazdığı “Başlıbel qətliamı - Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib.
 
Moderator.az xəbər verir ki, müəllif Arif Süleymanov oxucularına müraciət ünvanlayıb.
 
Müracətdə deyilir:
 
"Hörmətli oxucum!
 
Əlinizdə tutduğunuz bu kitab uzun illər boyu millətimizin başına gətirilən bəlaların çox qısa şəkildə yazılmış bir variantıdır. Kəlbəcər hadisələrinin ildönümü ərəfəsində "Başlıbel qətliamı - Üç yüz illik "Qarabağ problemi"nin qanlı səhifələri" adlı kitabımın ictimaiyyətə təqdim olunmasında, yüksək səviyyədə təqdimatının keçirilməsində böyük əməyi olan Mahmud Kaşğari Fondunun Prezidenti, hörmətli millət vəkilimiz Cavanşir Feyziyevə minnətdarlığım sonsuzdur.
 
Kitabın ilk təqdimatını Başlıbeldə Şəhid Məzarlığının önündə etdim və Başlıbeldə şəhid olan anamın ruhu qarşısında ödəyə bilmədiyim övladlıq borcumun kiçik bir hissəsinin yerinə yetirilməsi ilə mənən rahatlıq tapdım.
 
Hörmətli Cavanşir müəllimin rəhbərliyi ilə keçirilən kitab təqdimatı isə Kəlbəcərlilərin, xüsusən də Başlıbellilərin xatirəsindən hələ uzun illər silinməyəcək.
 
Mütləqdir ki, kitab yazılarımız və qeydlərimiz xətalardan və hər hansı səhvlərdən uzaq deyildir. Yazılarımızın gələcəkdə daha mükəmməl forma alması üçün hər bir dəyərli oxucumdan xahiş edərdim ki, bu kitabda ola biləcək tarixi yanlışlıqlar, coğrafi adların düzgünlüyü və baş vermiş hadisələr haqqında ola biləcək dəyişiklər və iradlar haqqında mənimlə bölüşəsiniz.
 
Diqqətinizə görə minnətdaram.
 
Hörmətlə, Arif Süleymanov
Seçilən
76
1
moderator.az

2Mənbələr