Abu-Dabidə yerləşən CYVN Holdings sərmayə fondu Formula-1 komandası "Maklaren"in səhmlərinə sahib çıxıb.
İdman.biz xəbər verir ki, bu barədə Britaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Maklaren" səhmlərinin idarəetmə hissəsinə sahib olan Bəhreynin Mumtalakat Holding Company şirkəti ilə CYVN Holdings arasında razılıq əldə olunub. Nəticədə komandanın səhmələrinin bir hissəsinə səhm fondu yiyələnib.
Qeyd edək ki, dəyişikliklərə baxmayaraq, komandanın idarəetməsində yenilik olmayacaq. "Maklaren"də Pol Uolş sədr, Zak Braun isə yarışlar üzrə direktor vəzifəsini tutacaq.
İdman.biz