"Real Madrid" La Liqanın 30-cu turunda "Valensiya" ilə qarşılaşma öncəsi qapıçı problemi yaşayır.
90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, qapıçı Andrey Lunin "Real Sosyedad"la kubok matçı zamanı alt əzələsini zədələyib, həmkarı Tibo Kurtua isə Belçika millisində aldığı zədəni sağaltmaqda davam edir.
Son heyətin seçimini sabah Karlo Ançelotti edəcəyi gözlənilir. Lunin hazır olmasa, qapıdakı yeri ilk dəfə klubun gənclik sisteminin məhsulu olan 19 yaşlı Fran Qonzales tuta bilər.
Qarşılaşma aprelin 5-də baş tutacaq.