Türkiyədə “Fənərbaxça”nın baş məşçisi Joze Mourinyoya hansı cəzanın veriləcəyi müzakirə olunur.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis dünən “Qalatasaray”a uduzduqları ölkə kubokunun 1/4 final matçından sonra rəqib həmkarı Okan Burukun burnundan tutub. Bundan sonra “Qalatasaray”ın baş məşqçisi yerə yıxılıb.
Həmçinin oxuyun: Mourinyo Burukun burnunu sıxdı, ara qarışdı - Video
Türkiyə mediasının yazdığına görə, Joze Mouriinyo barəsində intizam işi açılacaq. Əgər onunla bağlı məsələyə “idmançıya yaraşmayan hərəkət” işinə görə baxılarsa, bu halda 62 yaşlı mütəxəssis 1-3 oyun arası cəza alacaq.
Yox, əgər intizam işi Futbol İntizam Təlimatının 44-cü maddəsi (fiziki təzyiq) üzrə açılsa, onda Mourinyoya 5-10 matç arası cəza veriləcək.
Yekun qərarı yaxın günlərdə Türkiyə Futbol Federasiyası verəcək.