AZ

De Rossi İngiltərə klubuna rəhbərlik edə bilər

İtaliyalı mütəxəssis Daniele de Rossi İngiltərə Premyer Liqasında özünə iş tapa bilər. 

90deqiqe.Az-ın "Goal.com"a istinadən verdiyi xəbərə görə, "Vulverhempton" 41 yaşlı mütəxəssisi dəvət etməkdə maraqlıdır. Artıq tərəflər ilkin danışıqlar aparıb. 

“Canavarlar” düşərgəsi Vitor Pereyranın işindən narazıdır və onu 2024/2025 mövsümünün sonunda qovmağı planlaşdırır.İngiltərə çempionatının 30 turundan sonra "Vulverhempton" 29 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Növbəti matçda “canavarlar” “İpsviç”lə qarşılaşacaq.

Seçilən
13
90deqiqe.az

1Mənbələr