AZ

Xosep Qvardiola Cek Qrilişi təriflədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in ingiltərəli sol cinah hücumçusu Cek Qriliş haqda fikrini açıqlayıb.

Arena.az xatırladır ki, Qriliş İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Lester Siti” ilə ev oyununda (2:0) qol vurub.

“Cek qol vurdu və yenə də qollar vura bilərdi. Ona mərkəzdə oynamaq xoşdur. Qriliş azadlığı sevir. Əlbəttə, mən ona görə şadam. Cek çox yaxşı oynadı”, deyə Xosep Qvardiola vurğulayıb.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin avqustundan “Mançester Siti”də forma geyinir. O, bu kluba “Aston Villa”dan 117,5 milyon avro qarşılığında gəlib.

İngilis futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 26 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib. Onun “Mançester Siti” karyerası bütövlükdə 153 oyun, 17 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Qriliş “Mançester Siti”dən öncə “Aston Villa” və “Notts Kaunti” klublarında forma geyinib. Vaxtilə İrlandiyanın U-17, U-18 və U-21 yığmalarında oynamış Qriliş, 2016-cı ildən İngiltərənin gənclərdən ibarət millisində forma geyinməyə başlayıb. 2020-ci ilin sentyabrında əsas millidə debüt etmiş futbolçu indiyə qədər İngiltərə yığmasında 39 oyuna çıxıb, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı Qrilişin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
157
arena.az

1Mənbələr