AZ

Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketi təqdim edib

Cənubi Koreya Ukraynaya yeni yardım paketi təqdim edib. Onun dəyəri 100 milyon dollardır.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa X sosial şəbəkəsində məlumat verib.

“Mən Ço Te-yulla (Cənubi Koreyanın xarici işlər naziri – red.) danışmaqdan məmnun oldum və Koreya Respublikasına bugünkü yeni 100 milyon dollarlıq yardım paketi də daxil olmaqla, göstərdiyi dəstəyə görə təşəkkür edirəm”, - Sibiqa yazıb.

Nazir Cənubi koreyalı həmkarının NATO-nun bugünkü nazirlər toplantısında iştirakını Avropa və Hind-Sakit Okean regionunun təhlükəsizliyinin birbaşa əlaqəli olduğuna işarə kimi alqışlayıb.

QAZİLER.AZ

Seçilən
92
qaziler.az

1Mənbələr