AZ

Şahmatçımız Avropa çempionatında növbəti qələbəsini qazanıb

Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışda səkkiz azərbaycanlı şahmatçı çıxış edir.

4-cü tur şahmatçılarımız üçün uğursuz alınıb. Onlardan 4-ü məğlubiyyət yaşayıb, 2 təmsilçimiz qələbə qazanıb, 2-i heç-heçəyə razılaşıb.

Üç turdan sonra ən yaxşı vəziyyətə malik olan Gövhər Beydullayeva növbəti qələbəsini qazanıb. O, liderdən yarım xal geri qalır. Gülnar Məmmədova qələbə sayəsində 16-cı pilləyə yüksəlib.

Avropa çempionatından Dünya kubokuna da on vəsiqə veriləcək.

Ümumilikdə yarışda 34 ölkədən 137 şahmatçı iştirak edir.

4-cü turda Azərbaycan şahmatçılarının rəqibləri:

Mariya Brunello (İtaliya) - Gövhər Beydullayeva - 0:1

Səbinə İbrahimova - Meri Arabidze (Gürcüstan) - 0:1

Stavrula Tsulakidu (Yunanıstan) - Ayan Allahverdiyeva - 1:0

Mariya Gevorqyan (Ermənistan) - Ülviyyə Fətəliyeva - 1:0

İnna Qaponenko (Ukrayna) - Lalə Hüseynova - 1:0

Kata Karaçoni (Macarıstan) - Gülnar Məmmədova - 0:1

Anastasiya Avramidu (Yunanıstan) - Nərmin Abdinova - 0,5:0,5

Türkan Məmmədyarova - Emiliya Diak (Rumıniya) - 0,5:0,5

Şahmatçılarımız Avropa çempionatında mübarizə aparacaqlar

Daha iki şahmatçımız Dünya kubokunda

Mirzəyev itkisiz irəliləyir

Şahmatçılarımız Avropa çempionatını ilk 20-də bitirib

Azər Mirzoyev Budapeştdə 6-cı olub

Seçilən
96
apasport.az

1Mənbələr