AZ

Tramp tariflərin tətbiqi ilə əlaqədar ABŞ-a nə qədər sərmayənin gələcəyini bildirib

Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi ticarət tarifləri ölkəyə 6-7 trilyon dollar investisiya cəlb edəcək...

Poliqon RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.

“6 trilyon dollar və ya 7 trilyon dollarlıq sərmayələrdə daxilolma olub”, Tramp deyib 

ABŞ prezidenti ölkədə və bazarlarda sürətli artım olacağını vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Tramp yeni idxal rüsumları sistemini təqdim edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olacaq: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Rusiya Federasiyasına qarşı heç bir rüsum qoyulmadı.

Poliqon.info 

Seçilən
195
50
poliqon.info

10Mənbələr