AZ

NATO-nun xarici işlər nazirlərinin toplantısında müdafiə xərclərinin artırılması müzakirə edilib

Bakı. Trend:

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldəkeçirilən toplantısında əsasən müdafiə xərclərinin artırılmasıməsələsi gündəmə gəlib.

Trend xəbər verirki, ABŞ Dövlət katibi Marko Rubio toplantıda Alyansdakımüttəfiqlərin müdafiəyə daha çox büdcə ayırmasının vacibliyinivurğulayıb. O, ABŞ Prezidenti Donald Trampın NATO üzv ölkələrininmüdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinəçatdırmaqla bağlı hədəfini gündəmə gətirib.

Rubio, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla son proseslərfonunda, NATO-nun təcili şəkildə gücləndirilməsinin vacibliyiniqeyd edib və ABŞ Prezidentinin Alyansın müdafiə gücünə sadiqliyinivurğulayıb.

NATO-nun Baş katibi Mark Rutte isə üzv ölkələrə müdafiəxərclərinin ÜDM-in 3 faizindən yuxarıya çatdırılması barədə çağırışedib. Bu məsələ ilə bağlı qərarın NATO-nun iyun ayında keçiriləcəkiclasında qəbul olunması gözlənilir.

Hazırda bir sıra NATO üzv ölkələri müdafiə xərclərini ÜDM-in 2faizinə çatdırıb. Lakin Almaniya da daxil olmaqla bir çox ölkə,Donald Trampın 5 faizlik hədəfini reallığa uyğun saymır. ABŞ-ningömrük rüsumlarının artırılmasının qlobal iqtisadiyyata vəmüttəfiqlərə mənfi təsir edəcəyinə dair narahatlıqlar, bu hədəfənail olunmasında ciddi çətinliklər yarada bilər.

Seçilən
67
az.trend.az

1Mənbələr