AZ

Makron Trampın rüsumlarla bağlı qərarlarının əsassız olduğunu deyib

“ABŞ iqtisadiyyatı və amerikalılar dünənkindən daha zəif və kasıb olacaq.”

APA xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron deyib.

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqı üçün elan etdiyi gömrük rüsumlarından sonra Fransa sənaye nümayəndələri ilə görüşən Makron onun qərarlarının qəddarca və əsassız olduğunu müdafiə edib.

Bu addımların beynəlxalq ticarət üçün şok effekti yaratdığını müdafiə edən Makron Avropanın sözügedən rüsumlara cavab verməsi lazım olduğunu bildirib.

Seçilən
38
apa.az

1Mənbələr