AZ

Azərbaycan, Belqradda keçiriləcək EXPO-2027 sərgisində iştirakını təsdiqləyib

Bakı. Trend:

Azərbaycan rəsmi olaraq 2027-ci ilin 15 may – 15 avqusttarixlərində Serbiya paytaxtı Belqradda keçiriləcək EXPO-2027sərgisində iştirakını təsdiqləyib. Sərgi “Bəşəriyyət üçün oyun:hamı üçün idman və musiqi” şüarı altında təşkil olunacaq.

Trend xəbər verirki, bu barədə Serbiya işgüzar nəşri "Serbia Business" məlumatyayıb.

Azərbaycan zəngin mədəni irsi ilə tanınır. Ölkə xalq rəqsləri,çövqan kimi ənənəvi oyunlar, tar, kamança və saz kimi musiqiənənələri və alətləri ilə seçilir. Eyni zamanda, Azərbaycanidmanda, xüsusilə güləş, cüdo və şahmatda əldə etdiyi uğurlarla datanınır.

Nəşr həmçinin qeyd edib ki, EXPO-2027 sərgisi Qərbi Balkanlarüçün əhəmiyyətli bir hadisə olacaq və Azərbaycan ilə Serbiyaarasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Sərgidə 120-dənçox ölkə və təşkilat təmsil olunacaq, onun 4 milyondan çoxziyarətçisi olması gözlənilir.

Seçilən
40
3
az.trend.az

4Mənbələr