Amerika şirkətləri Rusiya bazarını tərk etdikdən sonra təxminən 300 milyard dollar potensial mənfəət itirib...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.
“Biz belə bir vəziyyəti görürük: Amerika şirkətləri Rusiya bazarını tərk etdikləri üçün artıq 300 milyard dollara yaxın potensial mənfəət itiriblər”, o deyib.
Bundan əvvəl Dmitriyev bildirib ki, Amerika biznesi Rusiya bazarını tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazırdır.
Qeyd edək ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) qurultayı zamanı Rusiya prezidenti Vladimir Putin əvvəllər Rusiya bazarını tərk etmiş bəzi Qərb şirkətlərinin ölkədə fəaliyyətini bərpa etməyi planlaşdırdığını bəyan edib. Bununla belə, dövlət başçısının sözlərinə görə, daxili biznesin maraqları prioritet olacaq.
Poliqon.info