AZ

ABŞ rəsmiləri rusiyalı alimin şərti azadlığa buraxılmasını rədd ediblər

ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Tibb Məktəbində işləyən rusiyalı alim Kseniya Petrovanın şərti azadlığa buraxılması tələbini rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Ağ Ev bəyan edib ki, rusiyalı qadın ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır.

Fevral ayında Kseniya Petrova Boston hava limanında qurbağa embrionlarını qanunsuz idxal etdiyinə görə saxlanılıb. O, Fransaya səfəri zamanı aldığı embrionları bəyan edə bilməyib. Petrovanın vəkili Qriqori Romanovskinin sözlərinə görə, baqajın idarə edilməsində səhv məlumatsızlıq ucbatından baş verib.

Həbs edildikdən sonra Petrova Luiziana ştatındakı immiqrasiya təcridxanasına yerləşdirilib və onun araşdırma vizası ləğv edilib. ABŞ səlahiyyətliləri alimin yenidən viza üçün müraciət edə biləcəyi Fransaya deportasiya etmək qərarına gəlib.

Poliqon.info 

Seçilən
16
poliqon.info

1Mənbələr