Bakı. Trend:
2025 Formula 1 Dünya Çempionatının üçüncü mərhələsi – YaponiyaQran Prisi cümə günü Suzuka trekində iki sərbəst məşqləbaşlayacaq.
Trend xəbər verirki, mövsümə uğurlu start verən “McLaren” komandası açılış ikimərhələdə gücünü göstərib. Əgər Avstraliya Qran Prisində sondövrələrdə başlayan yağış pilotların strategiyasını pozmasaydı,britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri ardıcıl ikidəfə dubl edə bilərdilər. Hər iki sürücü indiyədək bir qələbəqazanıb.
Lando Norris 44 xalla turnir cədvəlinə başçılıq edir və dördqatdünya çempionu Maks Ferstappeni 8 xal qabaqlayır. “Red Bull” isəYaponiya yarışına yeni heyətlə çıxacaq. Avstriya komandasınınrəhbərliyi ilk iki yarışda Liam Lousonun performansından narazıqalaraq onu “Racing Bulls” komandasına yönləndirib. Onun yerini isəyaponiyalı Yuki Tsunoda tutub.
Suzuka treki unikal konfiqurasiyası ilə seçilir – o, çempionatdayeganə səkkizfiqurlu trasdır və körpü üzərindən keçid iləfərqlənir. 1961-ci ildə açılan bu trek 1987-ci ildən etibarənFormula 1 Qran Prisinə ev sahibliyi edir. Lakin COVID-19pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə yarış burada baştutmayıb.