Vaşinqtonda yerləşən və ABŞ və dünyada sosial məsələlər, ictimai rəy və demoqrafik tendensiyalar haqqında məlumat verən tərəfsiz Amerika beyin mərkəzi olan "Pew Research" tədqiqat mərkəzi tərəfindən aparılan araşdırma digər dinlərdən olan insanların İslamı qəbul etmə ehtimalının daha çox olduğu ölkələri müəyyən edib.
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, "Morocco World News" portalının məlumatına görə, həmin ölkələrin ABŞ və Keniya olduğu ortaya çıxıb.
Sosioloqlar müəyyən ediblər ki, hər beş amerikalı müsəlmandan biri başqa inanclı ailədə böyüyüb və İslama təkbaşına, müstəqil olaraq gəlib. Bununla belə, ABŞ vətəndaşları arasında müsəlmanların nisbəti çox azdır, cəmi 1%-ə yaxındır. Keniyada isə sakinlərin 11%-i özünü müsəlman hesab edir.
Keniya və ABŞ-də İslamı qəbul edən insanların əksəriyyəti əvvəllər xristian olub.
İslamda yetişən insanlar nadir hallarda öz dinlərini tərk edirlər. Buna baxmayaraq, onu rədd edənlər, demək olar ki, heç vaxt başqa dini doktrinaya əməl etməyə başlamırlar və ya aqnostik, ya da ateist olurlar.
İslam bu gün dünyada ən sürətlə inkişaf edən din olaraq qalır və fəal şəkildə yeni ardıcılları cəlb edir...
S.Laçın