“Meqa Sığorta” şirkətinin sığorta haqları ötən ay 1,5 mln. manatdan çox azalıb.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, sığorta şirkəti bu ilin yanvar-fevral aylarında 5 mln. 335 min manat sığorta yığımı əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 22% və ya 1 mln. 523 min manat azdır.
2024-cü ilin yanvar-fevral aylarında isə “Meqa Sığorta” 6 mln. 858 min manat sığorta haqqı toplaya bilmişdi. Sığorta şirkəti yığımların həcminə görə qeyri-həyat sığortaçıları arasında 5-ci olub.
Sığorta şirkəti ilin ilk iki ayında 2 mln. 260 min manat ödəniş həyata keçirib ki, bu də ötən ilin eyni dövrünə nisbətən 16% çoxdur. 2024-cü ilin yanvar-fevral aylarında “Meqa Sığorta” 1 mln. 953 min manat sığorta ödənişini həyata keçirmişdi.
Nəticədə “Meqa Sığorta”nın zərərliliyi (ödəniş-yığım nisbəti) 28%-dən 42%-ə yüksəlib.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 mln. manatdır.
Nara