AZ

Almaniya Müdafiə Nazirliyi döyüş PUA-ları almağı planlaşdırır

Almaniya Müdafiə Nazirliyi yaxın günlərdə Bundesverin ehtiyacları üçün hücum PUA-ları alınması üçün müqavilələr imzalayacaq.

Herbiand.az “dpa” agentliyinə istinadən xəbər verir ki, pilotsuz təyyarələrin ilk partiyası kiçik olacaq və hərbçilərə cihazların istismarı ilə tanış olmağa imkan verəcək. Nazirlikdəki mənbələr şirkətlərin adlarını açıqlamadan agentliyə bildiriblər ki, PUA-ların ən azı iki istehsalçıdan alınması planlaşdırılır.

Pilotsuz təyyarələrin istifadəsi 100 il əvvəl tankların meydana çıxması kimi müasir müharibədə "oyunu qaydalarını” dəyişdirdi. Almaniya Müdafiə Nazirliyi qeyd edib ki, PUA-lar bütün müharibənin nəticəsini müəyyən edə bilməsələr də, fərdi döyüşlərdə həlledici rol oynaya bilərlər.

Seçilən
58
herbiand.az

1Mənbələr