Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş var.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev CNN telekanalına müsahibəsində deyib.
"İlk növbədə, hesab edirəm ki, artıq müəyyən irəliləyiş var. Qeyd etdiyim kimi, biz enerji infrastrukturu obyektləri üzrə atəşkəs haqqında razılığa gəlmişik. İkincisi, bəzi etimad tədbirlərində artıq irəliləyiş var", - Dmitriyev baş tutan məhbus mübadiləsini xatırladıb.
RDIF rəhbəri həmçinin vurğulayıb ki, böhranı uğurla həll etmək üçün təhlükəsizlik sahəsində Rusiyanın maraqlarını nəzərə alan uzunmüddətli həll yolu tapmaq lazımdır.
Onun sözlərinə görə, əvvəlki Amerika administrasiyasından fərqli olaraq, Ağ Evin hazırkı rəhbərinin nümayəndələri Rusiya ilə münaqişəyə son qoymaq üçün faktiki olaraq nələrin edilə biləcəyi ilə bağlı müzakirələr aparırlar.